• Bakı 14° C

    2.77 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Lənkəranda ana və körpə doğuş zamanı öldü - YENİLƏNİB

HADİSƏ

08 Iyul 2023 | 12:12

Lənkəranda ana və körpə doğuş zamanı öldü - YENİLƏNİB

TƏBİB Lənkəran Regional Perinatal Mərkəzində hamilə və körpənin ölümü barədə məlumat yayıb.

TƏBİB-dən Bakıvaxtı.az-a bildirilib ki, iyulun 7-də saat 05:49 radələrində hamiləliyin 24-cü həftəsində olan 1995-ci il təvəllüdlü Lənkəran rayon Kərgəlan kənd sakini Qurbanzadə Aygün İlham qızı vaxtından əvvəl doğuş təhlükəsi, ciftin vaxtından əvvəl hissəvi ayrılması, kəskin qanaxmanın başlanması diaqnozu ilə Lənkəran Regional Perinatal Mərkəzinə yerləşdirilib. Reanimasyon və cərrahi tədbirlərə baxmayaraq ana və körpənin həyatını xilas etmək mümkün olmayıb. Hazırda baş verən ölüm hadisəsi ilə bağlı aidiyyəti orqanlar tərəfindən araşdırılma aparılır.

 

***

İyulun 7-də Lənkəran rayon sakini, 1995-ci il təvəllüdlü Aygün Qurbanzadənin “Vaxtından əvvəl doğuş təhlükəsi” diaqnozu ilə daxil olduğu Lənkəran regional Perinatal Mərkəzdə cərrahi əməliyyatdan sonra ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Aygün Qurbanzadənin 6 aylıq olan körpəsi də ölüb. Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

 

11:36

Lənkəranda ana doğuş zamanı ölüb.

Bakıvaxtı.az xəbər verir ki, gecə saatlarında rayonun Kərgəlan kənd sakini, 1995-ci il təvəllüdlü Aygün İlham qızı Qurbanzadə yüksək hərarətlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Ona ilkin tibbi yardım göstərilib. Qadın 6 aylıq hamilə olduğu üçün o, Lənkəran Perinatal Mərkəzə göndərilib. Daha sonra A.Qurbanzadə orada dünyasını dəyişib.

Qadının yaxınları A.Qurbanzadənin ölümünə görə, Mərkəzi ittiham edirlər.

Körpənin barəsində isə hələlik məlumat yoxdur

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, 3 il ildir ailə həyatı quran A.Qurbanzadənin bu, üçüncü hamiləliyi olub. Daha əvvəl isə onun iki uşağı ölüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Oktyabr 2026