• Bakı 13° C

    6.14 m/s

  • USD - 1.7

    EUR - 1.8519

    RUB - 1.9517

Lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı genişləndirilir

İQTİSADİYYAT

07 Mart 2025 | 13:27

Lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı genişləndirilir

Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı genişləndirilir.

Bakıvaxtı.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Lisenziyalar və icazələr haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması və istismarı lisenziya tələb olunan fəaliyyət növü hesab olunur. 

Təklif olunan dəyişikliklə sözügedən maddə yeni redaksiyada veriləcək və yanacaqdoldurma və qaz təchizatı obyektlərinin quraşdırılması və istismarı lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı daxil ediləcək.

“Dövlət rüsumu haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinə əsasən, yanacaqdoldurma və qaz təchizatı obyektlərinin quraşdırılması və istismarına lisenziya verilməsinə görə dövlət rüsumu müəyyənləşir. 

Belə ki, yanacaqdoldurma və qaz təchizatı obyektlərinin quraşdırılmasına lisenziya verilməsi üçün dövlət rüsumu 1 100 manat, yanacaqdoldurma və qaz təchizatı obyektlərinin istismarına lisenziya verilməsi üçün dövlət rüsumu isə 2 500 manat olacaq.

Layihə səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Mina Mikayılova


SON XƏBƏRLƏR

13 Mart 2025