• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Litvalı deputatlar Ermənistanın Azərbaycanla sərhədində

DÜNYA

29 Noyabr 2023 | 23:44

Litvalı deputatlar Ermənistanın Azərbaycanla sərhədində

Litva-Ermənistan parlament dostluq qrupunun üzvləri çərşənbə günü Ararat bölgəsinin Yerasx icmasına, xüsusən də Azərbaycanla sərhəddə yerləşən ərazidə olublar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb .

Qeyd olunur ki, litvalı deputatlar Aİ-nin mülki missiyasının müşahidəçiləri ilə söhbət edib, sərhəddəki vəziyyətlə tanış olublar. Müşahidəçilər nümayəndə heyətini Ermənistan-Amerika sərmayələri hesabına metallurgiya zavodunun tikintisi nəzərdə tutulan yerə aparıblar. 
Xatırladaq ki, fevralın 20-də Ermənistanda iki illik mandatla 100 nəfərlik Avropa missiyası yerləşdirilmişdi. Onun məqsədi Ermənistanın sərhədyanı rayonlarında sabitliyi təşviq etmək, yerlərdə inam yaratmaq və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması səyləri üçün əlverişli mühit yaratmaqdır. 2023-cü ilin sentyabrında missiya qərargahını Yeqheqnadzor şəhərinə köçürdüyünü elan edib.

Noyabrın 20-də İrəvanda Ermənistan-Azərbaycan sərhədində vəziyyətə nəzarət edən Aİ-nin mülki müşahidə missiyasının statusu haqqında saziş imzalanıb.


SON XƏBƏRLƏR

26 Iyul 2024