Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Nailə Xanməmmədova, Xeyransa Mustafayeva və Aqil Şamilovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası yanvarın 16-na təyin edilib.
Qeyd: Onların barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə 11 zərərçəkmiş var. Onlar dəymiş zərərin ödənilməsini tələb edirlər. İddialara görə, dələduzluq əməlinin üstü Nailə Xanməmmədovanın Bakı Şəhər Baş Polis İdarəsinə ünvanladığı şikayətdən sonra açılıb. Polis dərhal hərəkətə keçərək, Aqil Şamilovla Xeyransa Mustafayevanı saxlayıb. Lakin sonradan bəlli olub ki, Nailə Xanməmmədova da bu işdə xüsusi rolu olanlardan biridir. Onu da qeyd edək ki, bu hadisənin fiqurantları mediada "lombard mafiyası”nın təmsilçiləri kimi təqdim edilir.Bakı Apellyasiya Məhkəməsi şikayətini təmin etməyib.