• Bakı 16° C

    2.17 m/s

Lui Bono Ermənistandadır

DÜNYA

11 Oktyabr 2023 | 14:23 | Müəllif: Qalib İbrahimoğlu

Lui Bono Ermənistandadır

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Ermənistana səfər edib.

Bakıvaxtı.az xəbər verir ki, o, səfər çərçivəsində Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.

Görüşdə Azərbaycan-Ermənistan münasibətləri müzakirə edilib.

Xatırladaq ki, 9 oktyabr tarixində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşüb.

Görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, regiondakı mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası istiqamətində ölkəmiz tərəfindən atılan addımlar barədə fikir mübadiləsi aparılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Oktyabr 2026
24 Oktyabr 2026