Dünya Müsəlman Alimlər Birliyi bütün dünya müsəlmanlarını İsrailə qarşı hərtərəfli boykot etməyə çağırıb.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Dünya Müsəlman Alimləri Birliyinin İctihad və Fətva Komitəsi “İşğalçı düşmənə qarşı hərtərəfli boykot fitvası” başlıqlı bəyanat yayıb.
Bəyanatda deyilir: “Oktyabrın 7-dən müqəddəs Fələstin torpağında müsəlmanlarla işğalçı sionist düşmən arasında davam edən şiddətli müharibə müsəlmanların torpağı bir olduğundan bütün ümmətdən müharibə edənlərin gücünü qırmaq üçün var gücü ilə hərtərəfli cihada getməyi tələb edir”.
Müsəlmanların İsrail işğalına son qoyulması üçün hərəkətə keçməli olduqları qeyd edilən bəyanatda "Hökmdarların, idarə olunanların, elitaların və bütün müsəlmanların birləşdiyi nöqtə asan və hər kəs üçün əlçatan olan hərtərəfli boykotdur", - deyə vurğulanıb.
Bəyanatda İsrail və onun havadarlarının boykot edilməsinin vacibliyi ilə bağlı deyilir: “Sionist düşməni və ona kömək edənləri boykot etmək İslam şəriətinə görə bir öhdəlikdir”.
Vurğulanıb ki, İsrailə qarşı boykot siyasəti, diplomatiya, iqtisadiyyat, media, turizm, təhsil,, idman, və digər bütün sahələri zəiflədəcək şəkildə əhatə etməli, İslam ölkələri və xalqları düşmənlə əlaqələrini kəsməlidir.
Müsəlman Alimlər Birliyinin fətvasında İslam şəriətindən, xüsusilə Qurandan dəlillər və İsrailə qarşı hərtərəfli boykot üçün səbəblər göstərilib.
Ay Tac
















