• Bakı 24° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Qarabağ problemini bizə bunun üçün yaratmışdılar

DÜNYA

10 Dekabr 2023 | 10:35 | Müəllif: Subhan Mahmudov

Qarabağ problemini bizə bunun üçün yaratmışdılar

Qarabağ məsələsi bəzi qüvvələr tərəfindən Ermənistanda dövlət yaradılmasının qarşısını almaq üçün istifadə edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan “Mülki müqavilə” partiyasının İcevanda keçirilən iclası zamanı deyib.

“Başqa sözlə, biz dövlət yaratmaq üçün qoymalı olduğumuz bütün resurslarımızı həll olunması mümkün olmayan “dqr”in yaradılması probleminə qoyuruq”, - Paşinyan bildirib.

Onun sözlərinə görə, illərdir bizə deyirdilər ki, yol, məktəb, xəstəxana tikməyin:

“Hətta deyirdilər: “Ordu nəyə lazımdır? Sizin arxanızda biz durmuşuq. Nə probleminiz var?” Nəticədə biz öz resurslarımızı həll edilməyən problemə xərclədik”.

Nikol Paşinyan ad çəkməsə də, Rusiyanı nəzərdə tutduğuna eyham vurub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026