Braziliyada xeyli xayda insan tələfatı ilə nəticələnən yol nəqliyat hadisəsi baş verib.
Bakıvaxtı.az-ın xarici mətbuata istinadən məlumatına görə, hadisə Bahia ştatında qeydə alınıb. Belə ki, ştatın Quarajuba şəhərindən yola düşən turist avtobusu BR 324 şosesində əks istiqamətdən gələn yük maşını ilə toqquşub.
Nəticədə 25 nəfər ölüb, 5 nəfər yaralanıb.
Bahia Qubernatorluğundan verilən açıqlamada qəzada ölənlərin əksəriyyətinin turist olduğu və hadisə ilə bağlı böyük kədər hiss etdikləri bildirilib.
Qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.
Nərgiz Məmmədli
















