Haitidə Baş nazir Ariel Henrinin istefası tələbi ilə aksiyalar davam edir.
Bakıvaxtı.az “Gazette Haiti” portalına istinadən xəbər verir ki, nümayişçilərlə Haiti Milli Polis Qüvvələri və silahlı müxalifət tərəfdarları arasında toqquşmalar olub. Baş verən qarşıdurmada 10 nəfər həlak olub.
Müxalifət lideri Qay Filipin azı beş tərəfdarı öldürülüb və onun həyatına uğursuz qəsd edilib. Daha üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Etirazçıların polis bölməsinə hücumu nəticəsində bir nəfər öldüyü bildirilir. Ölkənin paytaxtı Port-o-Prinsdə hökumət binalarına hücumlar qeydə alınır.
Bildirilir ki, ölkənin digər böyük şəhərlərində də etirazçılar arasında itkilər var.
















