• Bakı 12° C

    9.93 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Bu ölkə ABŞ əməkdaşlarını qovdu

DÜNYA

09 Mart 2024 | 00:35 | Müəllif: Subhan Mahmudov

Bu ölkə ABŞ əməkdaşlarını qovdu

Zimbabve hakimiyyəti fevral ayında ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) əməkdaşlarını ölkədən qovub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller məlumat verib.

“Keçən ay Zimbabve hökuməti gözlənilmədən ölkədə inkişaf və idarəetmə vəziyyətinin qiymətləndirilməsini aparan USAİD əməkdaşlarını və podratçılarını saxlayıb və deportasiya edib”, - Miller qeyd edib.

O bildirib ki, missiya əməkdaşları pis rəftar, sorğu-sual və hədə-qorxu ilə üzləşiblər:

"Bu cür hərəkətlər əsassız və kobuddur".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026