• Bakı 13° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Putinin Türkiyəyə səfəri təxirə salındı? - Kremldən AÇIQLAMA + YENİLƏNİB

DÜNYA

07 Fevral 2024 | 21:34 | Müəllif: Subhan Mahmudov

Putinin Türkiyəyə səfəri təxirə salındı? - Kremldən AÇIQLAMA + YENİLƏNİB

“Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında görüşün təşkili üçün hazırlıqlar davam edir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya liderinin sözçüsü Dmitri Peskov bildirib.

Ankaradakı mənbələrə istinadən yayılan məlumatlara görə, Putinin Türkiyəyə səfərinin aprel ayının sonu - may ayının əvvəlində baş tutacağı ehtimal edilir.

20:40

Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri qeyri-müəyyən müddətə təxirə salınıb.

Bakıvaxtı.az xəbər verir ki, buna hər iki liderin iş qrafikindəki uyğunsuzluqlar səbəb olub.

Xatırladaq ki, səfər fevralın 12-də baş tutmalı idi. Səfər zamanı enerji sektoru, taxıl dəhlizi, Qəzza zolağı və Suriyadakı vəziyyətlə bağlı əməkdaşlıq məsələlərinin müzakirəsi planlaşdırılırdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR