• Bakı 7° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Zelenski Zalujnıdan sonra onu da qovmaq istəyir

DÜNYA

08 Mart 2024 | 20:42 | Müəllif: Subhan Mahmudov

Zelenski Zalujnıdan sonra onu da qovmaq istəyir

Ukrayna Prezidenti Vladimir Zelenski xarici işlər naziri Dmitri Kulebanın da istefaya göndərilməsi imkanını nəzərdən keçirir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Strana.ua” nəşri məlumat yayıb.

Bildirilib ki, D.Kulebanın fəaliyyəti, xüsusən səfir vəzifələrinə təqdim edilən namizədlərlə bağlı xeyli şikayətlər var.

İddia edilir ki, əvvəlcə Kulebanın Londona səfir göndərilməsi planlaşdırılıb, lakin sonradan bu vəzifəyə Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnının təyin edilməsi qərara alınıb.

O da bildirib ki, XİN-in hazırkı rəhbərini əvəz etməyə ən çox ehtimal olunan namizəd Prezident Ofisi rəhbərinin müavini İqor Jovkvadır./axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026