• Bakı 21° C

    6.22 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Girovlar azad edilmədən Qəzzada atəşkəs olmayacaq - Netanyahu

DÜNYA

07 Aprel 2024 | 18:10 | Müəllif: Subhan Mahmudov

Girovlar azad edilmədən Qəzzada atəşkəs olmayacaq - Netanyahu

İsrailin baş naziri Benyamin Netanyahu radikal HƏMAS hərəkatının saxladığı girovlar azad edilmədən Qəzza zolağında atəşkəsin əldə edilməyəcəyi barədə xəbərdarlıq edib.

Bakıvaxtı.az xəbər verir ki, Netanyahu bu barədə yəhudi dövlətinin həftəlik hökumət iclasında deyib.

    "Mən beynəlxalq ictimaiyyətə açıq şəkildə bildirdim ki, oğurlananlar geri qaytarılmadan atəşkəs olmayacaq. Bu, İsrail hökumətinin siyasətidir” - Netanyahu bildirib.

    O, onu da qeyd edib ki, İsrail razılaşmanı əngəlləyən tərəf deyil.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    29 Sentyabr 2026