• Bakı 16° C

    4.11 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Paşinyan: II Qaregin bu gün siyasi hərəkata rəhbərlik edir, benefisiarı isə Koçaryandır

DÜNYA

07 May 2024 | 16:58

Paşinyan: II Qaregin bu gün siyasi hərəkata rəhbərlik edir, benefisiarı isə Koçaryandır

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Bütün Ermənilərin Katolikosu II Qaregin bu gün siyasi hərəkata rəhbərlik edir, hərəkatın benefisiarı isə Robert Koçaryandır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədəPaşinyan bugünkü mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, erməni keşiş Baqrat Qalstyanın rəhbərlik etdiyi “Vətən naminə Tavuş” hərəkatının məqsədi onun sələflərini hakimiyyətə qaytarmaqdır.

Paşinyan qeyd edib ki, hələ 2021-ci ildə Robert Koçaryan kilsənin köməyi ilə hakimiyyətin dəyişməsi ssenarisini təqdim edib.


SON XƏBƏRLƏR

18 May 2024