• Bakı 16° C

    4.11 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Türkiyədə süni intellekt şirkətlərinin sayı 1195-ə çatıb

DÜNYA

07 May 2024 | 16:03

Türkiyədə süni intellekt şirkətlərinin sayı 1195-ə çatıb

Türkiyə 22 min 735 robotla ən böyük robot ehtiyatına malik 18-ci ölkədir.

Bakıvaxtı.az "Milliyet"ə istinadən bildirir ki, bu, İstanbul Ticarət Palatası Strateji Araşdırmalar Mərkəzinin (İTOSAM) hazırladığı "Ağıllı avtomatlaşdırma dövründə millətlərin rəqabəti: Süni intellekt, robotlar və inkişaf etməkdə olan ölkələr" hesabatında öz əksini tapıb.

Hesabatda intellektual avtomatlaşdırmadan, süni intellekt texnologiyalarının və beynəlxalq rəqabət mühiti fonunda formalaşan transformasiyalardan bəhs olunub. 

 ITOSAM tədqiqatçılarına görə, 2000-ci ildə Türkiyədə süni intellekt məhsullarının inkişaf etdiyi şirkətlərin sayı 5 olub. Lakin 2020-ci ildə şirkətlərin sayı 572, 2021-ci ildə 718, 2022-ci ildə 860, 2023-cü ildə isə 1012-ə çatıb.

Bundan başqa, hesabatda süni intellekt şirkətlərinin ən çox üstünlük verdiyi sektorlar da müəyyən edilib. Belə ki, süni intellektdən ən çox istifadə edilən ilk 10 sektora informasiya texnologiyaları və xidmətləri, proqram təminatının inkişafı, media, təhsil, səhiyyə, biznes məsləhətləri və xidmətləri, sənaye avtomatlaşdırılması, maliyyə xidmətləri, tədqiqat xidmətləri və biotexnologiya daxildir.

Gülşən Şərif


SON XƏBƏRLƏR

18 May 2024