• Bakı 12° C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İrandan AEBA-nın qətnaməsinə reaksiya

DÜNYA

06 Iyun 2024 | 15:36

İrandan AEBA-nın qətnaməsinə reaksiya

Beynəlxalq Atom Enerjisi Agentliyinin Direktorlar Şurasının (AEBA) iclasında İran əleyhinə qətnamənin yekdilliklə qəbul edilməsi İranda mənfi reaksiya ilə qarşılanıb.

Bakıvaxtı.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyi Qərb ölkələrinin İrana qarşı siyasi təzyiqlərinin məğlubiyyətə məhkum olduğunu bildirib.

Nazirlik məlumatında Avstriyanın paytaxtı Vyanada keçirilən toplantıda qəbul edilən qərarı pislədiyini qeyd edib:

“İrana qarşı qəbul edilən bu siyasi qərar bəzi Qərb ölkələrinin İrana qarşı çıxmasına səbəb oldu. Bu qərar ölkəmizin nüvə işlərini davam etdirməsinə və inkişaf etdirməsinə mane olmur", - deyə vurğulanıb.

Günel Abbas


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026