Bu həftə Qvatemala, Honduras və El Salvadoru vuran güclü yağışlar nəticəsində ən azı 30 nəfər ölüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumatda qeyd olunub ki, təkcə El Salvadorda fırtınalar nəticəsində 19 ölüm qeydə alınıb. Qvatemalada isə bu say 10 nəfərdir.
Həmçinin, El Salvadorda 2500-dən çox, Qvatemalda isə 350-dək insan evlərindən təxliyə edilib və sığınacaqlara yerləşdirilib.
Əli Hüseynov
















