• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ermənistan “Kobalt-2024” təlimlərində iştirak etməyəcək

DÜNYA

05 Avqust 2024 | 12:56

Ermənistan “Kobalt-2024” təlimlərində iştirak etməyəcək

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Rusiya Qvardiyasının rəhbərliyi ilə avqustun 14-dən 16-dək Novosibirskdə keçiriləcək “Kobalt-2024” təlimlərində iştirakdan imtina edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Rusiya Milli Qvardiyasının mətbuat xidməti bildirib ki, tədbirdə Rusiya, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstanın nazirlik və idarələrinin nümayəndələri iştirak edəcəklər

“İştirakçılar təcrübə mübadiləsi aparacaq və xüsusi təyinatlı bölmələr arasında qarşılıqlı fəaliyyət bacarıqlarını təkmilləşdirəcəklər.

Xüsusi təyinatlılar aviasiya və PUA-lardan istifadə edərək binalara və nəqliyyat vasitələrinə basqın etmək, girovları azad etmək və yaraqlıları zərərsizləşdirmək üçün məşq edəcəklər”, - məlumatda bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR