Fransada seçkilər ərəfəsində 50-dən çox namizəd və təşviqatçı fiziki hücuma məruz qalıb.
Bakıvaxtı.az CNN-ə istinadən xəbər verir ki, bu barədə Fransanın Daxili İşlər naziri Gerald Darmanin açıqlama verib.
Nazir cümə günü Fransada yüksək riskli parlament seçkiləri ərəfəsində siyasi zorakılıqla bağlı narahatlıqların artdığını bildirib.
“Üç həftədir ki, seçki kampaniyası davam edir. Bununla belə, fiziki zorakılığa məruz qalmış 51 namizəd, deputat və ya təşviqatçı var. Mən burada şifahi aqressiyaları saymıram”,- deyə Darmanin əlavə edib.
Hücumların yüngül şiddətdən son dərəcə ciddi fiziki hücuma artdığını söyləyən Daxili İşlər naziri, bəzi namizədlərin aldığı xəsarətlərə görə xəstəxanaya yerləşdirildiyini qeyd edib.
Əli Hüseynov



jpg-1722851755.webp)







jpg-1722846944.webp)

