• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Hüseyn Səlami: "İsrail sərt cavab alsa, səhvini anlayacaq"

DÜNYA

05 Avqust 2024 | 14:10 | Müəllif: Əli Hüseynov

Hüseyn Səlami: "İsrail sərt cavab alsa, səhvini anlayacaq"

İran İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Səlami mətbuat nümayəndələri ilə görüşüb.

Bakıvaxtı.az "Tesnim" Xəbər Agentliyinin məlumatına görə, Səlami paytaxt Tehranda “Jurnalistlər günü” münasibəti ilə çıxışında HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi ilə bağlı fikirlərini bölüşüb.

Korpusun komandiri bildirib ki, İsrailin Haniyəyə qarşı həyata keçirdiyi qətl terrordur:

"Bu, terror aktıdır. İsrail bu hadisəyə görə sərt cavab alsa, səhvini anlayacaq. Sionistlər terror cəhdləri ilə öz quyularını qazırlar".

Qeyd edək ki, İsmayıl Haniyə iyulun 31-də İranın paytaxtı Tehranda qətlə yetirilib.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR