Rusiya Xarici İşlər Nazirliyi xarici mediaya ölkədə qanunsuz qalma ilə bağlı xəbərdarlıq edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova jurnalistlərlə keçirdiyi brifinq zamanı məlumat verib.
Onun sözlərinə görə, xarici jurnalistlərin lazımi sənədlər olmadan Rusiya Federasiyası ərazisində qalmaları cinayət məsuliyyəti daşıyır.
Əlavə edib ki, xarici müxbirlərin Ukrayna əsgərlərinin müşayiəti ilə ölkədə görünməsi xüsusilə diqqətlə təhlil edilməli və belə jurnalistlərin hərbi cinayətlərdə şərik olub-olmaması yoxlanılmalıdır.
Mina Mikayılova
















