• Bakı 22° C

    1.45 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

Çaparov: "Biz Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu tikintisi layihəsini həyata keçiririk"

DÜNYA

06 Iyul 2024 | 15:32

Çaparov: Biz Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu tikintisi layihəsini həyata keçiririk

 “Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında nəqliyyatda qarşılıqlı əlaqəni gücləndirmək üçün Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu tikintisi layihəsini həyata keçiririk”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Qırğızıstan Prezidenti Sadır Çaparov Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə görüşündə deyib.

Mərkəzi Asiyanın nəqliyyatVəticarət Sahəsində strateji mövqeyə malik olduğunu bildirən Çaparov, Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında daşımalarda qarşılıqlı əlaqəni gücləndirmək üçün Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu tikintisi layihəsini həyata keçirildiyini bildirib.

Qeyd edib ki, Qırğızıstan tərəfi Mərkəzi Asiyada nəqliyyat dəhlizlərinin yenilənməsini və yeni perspektivli dəhlizlərin  yaradılmasını alqışlayır.

Prezident Çaparov ticarətin artırılması üçün gömrük qapılarında əməliyyatların rəqəmsallaşdırılmasının genişləndirilməsini vacib hesab etdiklərini qeyd edib.

Əli Hüseynov


SON XƏBƏRLƏR

04 Oktyabr 2024