• Bakı 20° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

Sabah Fransada seçkilərin ikinci mərhələsi keçiriləcək

DÜNYA

06 Iyul 2024 | 12:49

Sabah Fransada seçkilərin ikinci mərhələsi keçiriləcək

Sabah Fransada parlament seçkilərinin ikinci mərhələsi keçiriləcək.

Bakıvaxtı.az France24-ə istinadən xəbər verir ki, sabah Fransada seçkilərin ikinci turu keçiriləcək.

Səsvermə yerli vaxtla saat 08.00-da başlayacaq və Fransanın kiçik şəhərlərində 18.00-da başa çatacaq. Paris kimi böyük şəhərlərdə isə saat 20:00-a qədər səsvermə mümkün olacaq.

Milli Məclisdə təmsil ediləcək 577 deputatın 501 nəfəri bu gün müəyyənləşəcək.

Xatırladaq ki, seçkinin birinci mərhələsində 76 deputat parlamentdə təmsil olunmaq hüququ qazanıb. Onlardan 39-u ifrat sağçılardan, 32-si solçulardan, 2-si Makron alyansından, qalan 3-ü isə parlamentdən namizəd olub.

Əli Hüseynov


SON XƏBƏRLƏR

04 Oktyabr 2024