• Bakı 20° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

Rusiyalı idmançıların dünya çempionatında iştirakı qadağan edilib

DÜNYA

06 Iyul 2024 | 12:57

Rusiyalı idmançıların dünya çempionatında iştirakı qadağan edilib

Rusiya avarçəkənlərinin dünya çempionatında iştirakı qadağan edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya millisinin baş məşqçisi Maksim Obraztsov məlumat verib.

Məlumata görə, Slovakiyanın Liptovski Mikulas şəhərinin hakimiyyəti rusiyalı idmançıların Slalom avarçəkmə üzrə yeniyetmələr və gənclər arasında dünya çempionatında iştirakını qadağan edib.

Bildirilib ki, Slovakiya Slalom Federasiyası rusların iştirakının tərəfdarı olub, lakin meriyası buna qarşı çıxıb.

Qeyd edək ki, turnir iyulun 2-dən iyulun 7-dək davam edəcək.

Mina Mikayılova


SON XƏBƏRLƏR

04 Oktyabr 2024