İnsan fəaliyyəti nəticəsində yaranan qlobal istiləşmə sürəti hər 10 ildən bir 0,26 dərəcə artır.
Bakıvaxtı.az "Milliyet"ə istinadən xəbər verir ki, bu, mütəxəssislərin apardığı tədqiqatda yer alıb.
Tədqiqata əsasən, 2023-cü ildə Yer kürəsinin istiləşmə sürəti tarixin ən yüksək həddinə çatıb. Bu rekord temperaturun 92 faizi insan fəaliyyəti nəticəsində baş verib. Belə ki, qlobal temperatur artımı 2013-2022-ci illərdə əvvəlki illə müqayisədə 1,14 dərəcəyə çatıb, 2014-2023-cü illərdə isə temperatur 1,19 dərəcəyə yüksəlib.
"Bu rekord istiləşmə sürətinin əsas səbəbi ildə 53 milyard ton karbon dioksidə ekvivalent olan istixana qazı emissiyalarının daim yüksək olaraq qalmasıdır. Qaz yanacaqlarının emissiyaları bütün istixana qazı emissiyalarının 70 faizini təşkil edir . Bu emissiyalar iqlim dəyişikliyinin əsas səbəbidir. Əgər istixana qazı emissiyaları azaldılsa, qlobal istiləşmə də məhdudlaşdırılacaq". - deyə mütəxəssislər vurğulayıb.
Qeyd edək ki, tədqiqat 50 beynəlxalq alimin iştirakı ilə Lids Universiteti tərəfindən hazırlanıb.
Gülşən Şərif











jpg-1720256854.webp)




