• Bakı 9° C

    6.07 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Finlandiya: "NATO-nun ölkəmizdə daimi mövcudluğuna ehtiyac yoxdur"

DÜNYA

06 Iyun 2024 | 14:42 | Müəllif: Gülşən Şərif

Finlandiya: "NATO-nun ölkəmizdə daimi mövcudluğuna ehtiyac yoxdur"

"NATO-ya üzv ölkələrin hərbi qulluqçuları Finlandiya ərazisində müvəqqəti yerləşdirilib". 

Bakıvaxtı.az "İnterfaks"a istinadən xəbər verir ki, bunu mətbuat konfrasında çıxış edən Finlandiya Prezidenti Aleksander Stubb deyib.

O, Finlandiyanın özünün kifayət qədər müdafiə potensialının olduğunu bildirib.

"Finlandiya NATO-nun bir sıra təşəbbüslərində iştirak edir. Bu təşəbbüslər fonunda ölkədə NATO zabit qrupları mövcuddur. NATO-nun ölkə ərazisində intensiv təlimlər keçirməsini alqışlayırıq. Lakin NATO və ya ABŞ qüvvələrinin bütün briqadalarının Finlandiyada daimi yerləşdirilməsinə ehtiyac görmürük" - deyə prezident vurğulayıb.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026