• Bakı 10° C

    7.09 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

BMT Əminə Ərdoğana təşəkkür edib

DÜNYA

06 Iyun 2024 | 15:04 | Müəllif: Gülşən Şərif

BMT Əminə Ərdoğana təşəkkür edib

BMT-nin Sıfır Tullantı Yüksək Səviyyəli Şəxsiyyətlər Məsləhət Şurasında heyət tərəfindən Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğana təşəkkür edilib.

Bakıvaxtı.az "Sabah"a istinadən xəbər verir ki,  bununla bağlı Şura açıqlama yayıb. 

Tədbirdə çıxış edən Əminə Ərdoğan bildirib ki, BMT ilə əməkdaşlıq çərçivəsində "Sıfır Tullantı" praktikasına keçmək istəyən ölkələr və təşkilatlar üçün bələdçi nəşrlər hazırlanır.

"Ümid edirəm ki, "Sıfır Tullantı" praktikası iqlim böhranı təhlükəsinə qarşı ümumi məlumatlılığın inkişaf etdirilməsində mühüm rol oynayacaq. BMT-nin Ətraf Mühit Proqramının qeydlərinə görə, "Sıfır Tullantı" mövzusunda 16 dildə 800-ə yaxın məqalənin dərc olunması sevindirici haldır. "Sıfır Tullantı" layihəsi təkcə təbiətə deyil, həm də iqtisadi inkişafa əhəmiyyətli dərəcədə fayda verir. Layihə çərçivəsində Türkiyədə 59,9 milyon ton tullantıdan təkrar istifadə etməyi bacardıq. İqtisadiyyatımıza 6 milyard dollar qazandırmaq üçün dünyanın müxtəlif yerlərində yeniliklər etməyə çalışırıq". - deyə Ə. Ərdoğan qeyd edib.

Tədbirin sonunda BMT Sıfır Tullantı Yüksək Səviyyəli Şəxsiyyətlər Məsləhət Şurası Türkiyənin atdığı addımlar fonunda Əminə Ərdoğana təşəkkür edib.

Qeyd edək ki, Türkiyənin BMT Baş Assambleyasında irəli sürdüyü "Sıfır Tullantı" layihəsi israfın qarşısının alınmasını, ətraf mühitə zərərli tullantıların miqdarının azaldılmasını, təkrar emal dərəcələrinin artırılmasını, iqtisadi qənaətin təmin edilməsini, təbii resurslardan səmərəli istifadə edilməsini və davamlı inkişafı dəstəkləməyi təklif edir.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026