2023-cü il oktyabrın 7-dən bəri Qəzza zolağında ölən fələstinlilərin sayı 33.2 minə çatır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
"İsrailin Qəzza zolağına təcavüzü qurbanlarının sayı hazırda 33 175 nəfərə çatıb, 75 886 nəfər yaralanıb", - məlumatda qeyd olunub.
Bildirilib ki, təkcə son 24 saat ərzində Qəzzada 38 nəfər ölüb, 71 nəfər yaralanıb.















