• Bakı 10° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Zelenski: “Düşmənə çox konkret və ədalətli cavab hazırlayırıq”

DÜNYA

07 Aprel 2024 | 18:46 | Müəllif: Subhan Mahmudov

Zelenski: “Düşmənə çox konkret və ədalətli cavab hazırlayırıq”

Ukrayna prezident Vladimir Zelenski əmin edir ki, Ukrayna Rusiya ordusunun Xarkova qarşı törətdiyi terrora konkret cavab hazırlayır.

Bakıvaxtı.az bildirir ki, bu barədə dövlət başçısı Telegram-da məlumat verib.

Zelenski qeyd edib ki, o, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sirski ilə əlaqə saxlayır. "Biz cəbhədəki vəziyyəti ətraflı müzakirə etdik və gələcək fəaliyyətlərimizi planlaşdırdıq", - prezident vurğulayıb.

Bundan əlavə, müdafiə naziri Rustem Umerov sursatla bağlı vəziyyət barədə məlumat verib. "Biz əlimizdən gələni edirik ki, hər bir döyüş briqadası dövləti müdafiə etmək üçün lazım olan hər şeyə malik olsun", - deyə Zelenski vurğulayıb.

"Rusiya bir dəqiqə belə dayanmır. Biz xalqımızı etibarlı müdafiə ilə təmin etməyə çalışırıq. Biz düşmənə çox konkret və ədalətli cavab hazırlayırıq", - Zelenski vurğulayıb./apa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026