• Bakı 17° C

    1.96 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Belarus Ukrayna yaxınlığında hərbi düşərgə tikir

DÜNYA

08 Yanvar 2024 | 23:19 | Müəllif: Subhan Mahmudov

Belarus Ukrayna yaxınlığında hərbi düşərgə tikir

Belarusun Qomel vilayətində, Ukrayna ilə sərhədə yaxın ərazidə yeni hərbi şəhərciyin və poliqonun tikintisinə başlanılıb. Tikinti keçmiş “Çayka” pioner düşərgəsinin ərazisində aparılır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun Belarus xidməti məlumat yayıb.

Tikintinin sifarişçisi Belarus Respublikası Silahlı Qüvvələrinin Əsaslı Tikinti İdarəsi, baş podratçısı 243 saylı Tikinti İdarəsinin Qomel Ev Tikinti Kombinatıdır. Layihə Hərbi Layihə İnstitutu tərəfindən hazırlanıb. Şəhərin birinci mərhələsi üçün tikinti müddəti: oktyabr 2023 - mart 2024.

Svoboda həmsöhbətinin sözlərinə görə, indi keçmiş düşərgənin yerində tikinti texnikası dayanır, işçilər isə kommunikasiyalar çəkirlər. Həmçinin bildirilir ki, hazırda yeni obyektin yanında 1393-cü artilleriya bazası, 52208 saylı hərbi hissə (Qomel rayonu, Pribor kəndi) fəaliyyət göstərir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026