• Bakı 7° C

    0.7 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

HƏMAS İsrailə atəşkəs planı təklif edib

DÜNYA

07 Fevral 2024 | 20:47 | Müəllif: Subhan Mahmudov

HƏMAS İsrailə atəşkəs planı təklif edib

HƏMAS hərəkatının nümayəndələri dörd ay yarım müddətinə atəşkəs, yaraqlılar tərəfindən əsir götürülən bütün girovların azad edilməsi və İsrail qoşunlarının Qəzza zolağından çıxarılması planını təklif ediblər.

Bakıvaxtı.az bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, HƏMAS təşəbbüsü Qətər və Misir vasitəçilərinin təqdim etdiyi hərbi əməliyyatların dayandırılması ilə bağlı İsrail və ABŞ tərəfindən bəyənilən təklifə reaksiyadır.

Qeyd edək ki, yanvarın 28-də beynəlxalq vasitəçilərin Qəzza zolağında dörd aylıq atəşkəslə bağlı danışıqlar aparması barədə məlumat yayılmışdı. Bildirilmişdi ki, bu təşəbbüs ərəb vasitəçilər tərəfindən irəli sürülüb. Plan bir neçə hissədən ibarət olacaq. Atəşkəsin birinci mərhələsində "HƏMAS" altı həftə ərzində bütün mülki girovları İsrailə təhvil verməli olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026