• Bakı 13° C

    1.21 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Zaxarova erməni jurnalisti yerinə oturtdu

DÜNYA

07 Fevral 2024 | 19:50 | Müəllif: Subhan Mahmudov

Zaxarova erməni jurnalisti yerinə oturtdu

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bugünkü mətbuat konfransında erməni jurnalist-təxribatçını layiqli cavabını verdi.

Bakıvaxtı.az xəbər verir ki, erməni jurnalist İrəvanda mühasirədə olan Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış abidənin təhqir olunması mövzusundan başlayaraq, qəfildən guya Azərbaycan tərəfindən törədilən "Qarabağda İkinci Dünya Müharibəsi qəhrəmanlarının abidələrinin və məzarlarının təhqir olunması ilə bağlı mötəbər faktlar"a keçib.

"Əgər bu məsələ ilə bağlı materiallarınız varsa, mənə çatdırın, sonra şərh edəcəyəm", - deyə Zaxarova cavab verib.

Qeyd edək ki, bu yaxınlarda sosial şəbəkələrdə daha bir erməni vandalizminin görüntüləri yayılıb. Ermənilər bu dəfə mühasirədə olan Leninqrad uşaqlarının xatirəsini təhqir etmək qərarına gəliblər.

Birinci videoda erməni vandalının çələnglərdən Rusiya bayrağının təsviri olan lentləri necə çıxarıb yerə atdığını və ayaqları altında tapdaladığını görmək olar.

İkinci videoda isə daha da irəli gedir - çələngləri çevirərək mühasirəyə alınan uşaqları "faşist" adlandırır və "bu hadisəni təsdiq edən heç bir sənəd olmadığını" iddia edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR