• Bakı 20° C

    8.67 m/s

  • USD - 1.7

    EUR - 1.9044

    RUB - 2.125

Azərbaycan bayrağı Təbrizdə dağa həkk edildi

DÜNYA

10 Dekabr 2023 | 12:00

Azərbaycan bayrağı Təbrizdə dağa həkk edildi

Güneyli milli fəallar Təbrizin Eynalı dağının qayalarına Azərbaycan bayrağını həkk ediblər.

Bakıvaxtı.az xəbər verir kİ, bu barədə Güney Azərbaycan sosial media kanallarında məlumat yayılıb.

Bildirilib ki, təbrizlilərin həftəlik yürüş etdikləri yerlərdə Azərbaycan bayrağının həkk edilməsi, güneylilərin Azərbaycan həqiqətlərinə diqqətini cəlb etmək, İran hökumətinin Azərbaycana qarşı təbliğatlarına cavab məqsədilə həyata keçirilib.

Qeyd edək ki, Azərbayca bayrağının bir neçə yerdə həkk edildiyi Eynalı dağına hər tətil günü minlərlə təbrizli yürüş edir.

Uzun illərdir ki, hökumətə qarşı aksiyalar öncəsi Eynalı qayalarına şüarların yazılması ənənəyə çevrilib.


SON XƏBƏRLƏR

17 May 2025