• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ermənistan-Gürcüstan sərhədinin keçid məntəqəsində gərgin vəziyyət

DÜNYA

10 Noyabr 2023 | 12:52 | Müəllif: Subhan Mahmudov

Ermənistan-Gürcüstan sərhədinin keçid məntəqəsində gərgin vəziyyət

Artıq 2-3 gündür ki, Ermənistan-Gürcüstan sərhədindəki Baqrataşen keçid məntəqəsinin Gürcüstan ərazisində yük avtomobillərinin sürücüləri Ermənistan keçid məntəqəsinin pis işləməsi səbəbindən həmin ölkəyə daxil ola bilmirlər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Shamshyan.com" məlumat yayıb.

Onlardan biri Karen Hovakimyan bildirib ki, onlar 2 həftə ölkədən çıxaraq, Rusiyanın şəhərlərinə gediblər və indi Ermənistana qayıdırlar, lakin artıq bir neçə gündür, sərhədin Gürcüstan tərəfində qalmağa məcbur olublar, çünki Ermənistan tərəfinin sərhəd xidməti yaxşı işləmir.

Məlumata görə, hazırda Gürcüstan tərəfində 600-ə yaxın yük maşını yığılıb. Avtomobillərin sürücüləri bilmirlər ki, Ermənistan tərəfdəki keçid məntəqəsinin açılmasını və həmin ölkəyə daxil olmaq imkanını nə qədər gözləməli olacaqlar./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026