• Bakı 10° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Mahir Emrelinin komandasının növbəti sınağı

İDMAN

24 Aprel 2022 | 11:26

Mahir Emrelinin komandasının növbəti sınağı

Millimizin futbolçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb "Dinamo"su bu gün Xorvatiya çempionatında 32-ci tur oyununa çıxacaq.

Bakıvaxtı.az xəbər verir ki, komanda səfərdə "Qoritsa" ilə qarşılaşacaq.

Bakı vaxtı ilə saat 21:05-də başlayacaq matç "Dinamo"nun yeni baş məşqçisi Ante Çaçiçin kluba ikinci təyinatından sonra ilk qarşılaşması olacaq.

Qeyd edək ki,  31 oyundan 66 xalı olan Zaqreb təmsilçisi hazırda turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. "Osiyek" 64 xalla (32 oyun) 2-ci, "Hayduk" (Split) 62 xall (31 oyun) 3-cüdür. "Qoritsa" isə 40 xalla (31 oyun) 6-cı pillədə qərarlaşıb.

Xatırladaq ki, fevral ayından bu komandada oynayan Mahir Xorvatiya çempionatında 7 matçda 2 qol vurub. 

24 aprel

21:05. "Qoritsa" - "Dinamo" (Zaqreb)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026