"Trabzonspor"un futbolçusu Marek Hamşik Slovakiya millisindəki karyerasını başa vurub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə 34 yaşlı yarımümdafiəçinin özününü sosial media hesabında yazıb. O,millidəki bütün komanda yoldaşlarına, baş məşqçilərinə, azarkeşlərə təşəkkür edib.
Qeyd edək ki, Hamşik millidə 129 matçda meydana çıxıb.
Xatırladaq ki, millimizin UEFA Millətlər Liqasının qrup mərhələsindəki rəqiblərindən biri də məhz Slovakiyadır.