Kikboksçu Alim Nəbiyev Azərbaycan çempionu olub.
Bakıvaxtı.az xəbər verir ki, idmançı kikboksinq üzrə XXVI Azərbaycan çempionatında fərqlənib.
O, titullu idmançıların iştirakı ilə təşkil olunan final görüşlərindən ibarət Qala gecəsində qüvvəsini sınayıb. 81 kq çəki dərəcəsində “Full Contact” versiyası üzrə mübarizə aparan Alim Nəbiyevin rəqibi Elmar Abdullayev olub. A.Nəboyev bu döyüşdən qələbə ilə ayrılaraq, Azərbaycan çempionu adını qazanlb.
















