• Bakı 21° C

    1.03 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Makron Putinlə danışacaq

DÜNYA

20 Sentyabr 2022 | 23:08 | Müəllif: Subhan Mahmudov

Makron Putinlə danışacaq

Fransa Prezidenti Emmanuel Makronun yaxın günlərdə Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışacağı gözlənilir.

Bakıvaxtı.az xəbər verir ki, Makron və Putin sonuncu dəfə sentyabrın 11-də telefonla danışıblar.

"Yaxın günlərdə xüsusilə, nüvə məsələsi ilə bağlı cənab Putinlə danışıqlar aparmağımız nəzərdə tutulur", - deyə Makron vurğulayıb.

Fransa lideri daha əvvəl Rusiya Prezidenti ilə nüvə təhlükəsizliyi məsələsini müzakirə etdiyini və eyni məsələnin iki ölkənin xarici işlər nazirləri tərəfindən gündəmə gətirildiyini xatırladıb. Makron Putinlə danışmazdan öncə bu məsələ ilə bağlı MAQATE rəhbəri Rafael Qrossi ilə də görüş keçirəcək.

"Bu söhbətin nəticələrindən sonra biz yaxın günlərdə Putinlə əlaqə saxlayacağıq", - deyə Makron bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026