• Bakı 17° C

    3.68 m/s

Makrona insanların gözü qarşısında sillə vurdular - VİDEO

DÜNYA

08 Iyun 2021 | 17:30

Makrona insanların gözü qarşısında sillə vurdular - VİDEO

Fransa prezidenti Emmanuel Makronun Drom rayonuna səfəri zamanı insident baş verib.

Bakıvaxtı.az  “RİA Novosti”yə istinadən bildirir ki, dövlət başçısı meydanda onu gözləyən insanlara yaxınlaşıb və onlarla salamlaşmağa başlayıb.

Bu zaman bir kişi E.Makronun üzünə sillə vurub. Prezidentin mühafizəçiləri dərhal hadisəyə müdaxilə ediblər.

Mühafizəçilər E.Makronu hadisə yerindən uzaqlaşdırıblar. O, yenidən olay yerinə qayıtmaq istəyib. Amma mühafizəçilər buna imkan verməyib.

Hadisəyə görə iki nəfər saxlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Oktyabr 2026