• Bakı 12° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ərdoğan: “15 iyul çevriliş cəhdinin arxasında daha böyük şəbəkə var”

DÜNYA

08 Iyul 2021 | 15:51

Ərdoğan: “15 iyul çevriliş cəhdinin arxasında daha böyük şəbəkə var”

“15 iyul çevriliş cəhdi FETÖ-nun əli ilə həyata keçirilən, arxasında daha böyük şəbəkənin olduğu tariximizin ən böyük xəyanətlərindən biridir”.

Ərdoğan: “15 iyul çevriliş cəhdinin arxasında daha böyük şəbəkə var” məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının iclasında deyib.

“Ölkəmizi diz çökdürmək təşəbbüsləri bu müqəddəs mübarizələrə baxmayaraq sona çatmamışdır. Yeni hədəf iqtisadiyyatımız idi. Gecəyarı əməliyyatları ilə dəfələrlə hücuma keçdilər. Biz xaricdəki qızıllarımızın hamısını ölkəmizə gətirmək, valyuta ehtiyatlarımızı qüvvətləndirməklə hazırlıqlarımızı qabaqcadan etmişdik. Həmd olsun, bu prosesi ən az zərərlə geridə qoyduq. Əlbəttə, çətinliklər yaşayırıq. Hədəflənən nəticələrlə çətinliklər arasında dağlar qədər fərq var. Gəzi hadisələrində məqsəd nə idisə, iqtisadiyyatımıza hücumların da məqsədi eynidir”, - deyə R.T.Ərdoğan bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026