• Bakı 5° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Tokioda tropik fırtına gözlənilir

DÜNYA

06 Avqust 2021 | 23:40 | Müəllif: Subhan Mahmudov

Tokioda tropik fırtına gözlənilir

Avqustun 8-də - Olimpiya Oyunlarının bağlanış günü Tokioda tropik fırtına gözlənilir.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə “Tokio-2020” Təşkilat Komitəsinin spikeri Masa Takaya jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Oyunların təşkilat komitəsi vəziyyəti yaxından izləyir.

“Gözlənilməz vəziyyətlərə hazırıq, amma indi fırtınanın bağlanış mərasiminə təsiri haqqında ciddi danışmaq istəməzdim, çünki bu yolla ətrafımızda spekulyasiyaya səbəb ola bilərik”, - deyə Takaya əlavə edib.

O, söhbətin tayfundan deyil, dağıdıcı gücü daha aşağı olan tropik fırtınadan getdiyini vurğulayıb.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026