• Bakı 7° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Zelenskiyə qarşı sui-qəsdin təfərrüatları məlum olub

DÜNYA

05 Sentyabr 2021 | 19:08 | Müəllif: Subhan Mahmudov

Zelenskiyə qarşı sui-qəsdin təfərrüatları məlum olub

Ukrayna Təhlükəsizlik Xidmətinin zəng mərkəzinə ölkə prezidenti Vladimir Zelenskiyə qarşı sui-qəsdin hazırlanması barədə məlumat daxil olub.

Xidmətin etimad xəttinə zəng edən şəxs özünü Georgiyev Vladimir Aleksandroviç kimi təqdim edib. O, bildirib ki, Ukrayna prezidentinə qarşı sui-qəsdin təşkili və Ali Radanın binasına hücum barədə danışılanları eşidib.

Mərkəzdən həmin nömrəyə cavab zəngi zamanı isə dəstəyi bir xanım qaldırıb.

O, Kiyev-Peçerski monastrının işçisi olduğunu bəyan edib. Qadının sözlərinə görə,  zəng edən psixi pozğunluqları olan şəxsdir və o, tez-tez məbədin meydançasında gəzişir.

Hazırda naməlum şəxs axtarışdadır. Məsələ ilə bağlı araşdırma aparılır. (Oxu.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR