ABŞ ölkədə koronavirusun “delta” variantının sürətlə yayılmasının qarşısını ala bilər.
Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.
“ABŞ “delta” ştammına qalib gələ bilər, necə ki, biz bunu əsas COVİD-19-a qarşı etmişik. Bizdə bu alınacaq. Ona görə də, bu gün mütəxəssislərin dediyi kimi, maska taxın, peyvənd olunun. Bütün bunlar həyatı xilas edir”, - Bayden bildirib.
Bayden son 7 ayda ABŞ hökumətinin koronavirusdan ölüm hallarının səviyyəsini 90 faiz azaldıb.
















