• Bakı 13° C

    7.63 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Qiyamçılar Qvineya Prezidentini saxlayıb - YENİLƏNİB

DÜNYA

05 Sentyabr 2021 | 17:36 | Müəllif: Subhan Mahmudov

Qiyamçılar Qvineya Prezidentini saxlayıb - YENİLƏNİB

Qvineyada qiyam qaldıran hərbçilər Prezident Alfa Kondeni saxlayıb.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə yerli KİV-lər məlumat yayıb.

***

Qvineya Respublikasında dövlət çevrilişinə cəhd edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Jeune Afrique" jurnalı məlumat yayıb.

"Reuters" agentliyi isə xəbər verib ki, hərbçilər Qvineyanın paytaxtı Konakridə prezident sarayının qarşısındadır. Konakrinin şimalından hökumət sarayına, prezident sarayının yerləşdiyi yerə gedən yeganə avtomobil yolu əsgərlər tərəfindən blokadaya alınıb.

Çevriliş cəhdinin arxasında xüsusi təyinatlılar qrupunun nümayəndələri dayanır. Qrupa əvvəllər Fransa xarici legionunda xidmət etmiş polkovnik Mamadi Dumbuya rəhbərlik edir.

Son məlumata görə, çevrilişə cəhddə iştirak edən 25 hərbçi saxlanılıb.

Bundan əvvəl Konakrinin hökumət məhəlləsində atışma səslərinin eşidildiyi barədə məlumat yayılmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026