• Bakı 18° C

    7.79 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Türkiyədə GÜCLÜ ZƏLZƏLƏ: Bina dağıldı, yaralananlar var - YENİLƏNİB

DÜNYA

11 Avqust 2023 | 00:10 | Müəllif: Subhan Mahmudov

Türkiyədə GÜCLÜ ZƏLZƏLƏ: Bina dağıldı, yaralananlar var - YENİLƏNİB

Malatya vilayətində baş verən zəlzələdə 1 qəzalı bina dağılıb, 2 ağır zədələnmiş bina yana əyilib, 22 nəfər yüngül xəsarətlər alıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

"Hələlik itkilərimiz yoxdur. 1 qəzalı bina dağılıb, 2 ağır zədələnmiş bina yana əyilib. Qorxu, panika və hündürlükdən tullanma nəticəsində 22 vətəndaşımız yüngül xəsarət alıb", - nazir vurğulayıb.

Onun sözlərinə görə, səlahiyyətli qurumların əməkdaşları ərazidə araşdırmaları davam etdirirlər.

23:11

Türkiyənin Malatya vilayətində 5,3 maqnitudalı baş verən zəlzələ nəticəsində bir tərk edilmiş bina dağılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Malatya valisi Hulusi Şahin bildirib.

O, bir neçə nəfərin yaralandığını, lakin başqa dağıntıların olmadığını da vurğulayıb.


22:05

Türkiyənin Malatya vilayətinin Yeşilyurt rayonunda 5,3 maqnitudalı zəlzələ baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026