• Bakı 13° C

    2.4 m/s

  • USD - 1.7

    EUR - 1.9722

    RUB - 2.1656

Maliyyə sektorlarında Azərbaycan-Çin əməkdaşlığı müzakirə edilib

İQTİSADİYYAT

28 Noyabr 2025 | 13:16

Maliyyə sektorlarında Azərbaycan-Çin əməkdaşlığı müzakirə edilib

Azərbaycan və Çin bank və sığorta sektorları arasında qarşılıqlı əlaqələrin dərinləşdirilməsi perspektivlərini müzakirə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

Onun sözlərinə görə, bu perspektivləri müzakirə edərkən hər iki tərəf bu əməkdaşlığın inkişafında maraqlı olduğunu vurğulayıb.

"Çin Xalq Respublikasına işgüzar səfər çərçivəsində Çin Milli Maliyyə Tənzimləməsi Administrasiyasının rəhbəri Li Yunze ilə görüş keçirdik. Görüş zamanı hər iki ölkənin iqtisadiyyatında baş verən yeniliklər və son dövrlərdə həyata keçirilən islahatlar barədə ətraflı fikir mübadiləsi apardıq. Bank və sığorta sektorlarında inkişaf meyilləri, risk-əsaslı nəzarət konsepsiyası, nəzarət texnologiyalarının təkmilləşdirilməsi, o cümlədən süni intellekt əsaslı həllərin nəzarət prosesində tətbiqini geniş müzakirə etdik. Bundan əlavə, sığorta sektorunda yeni yanaşmalar və innovativ həllərin tətbiqi ilə bağlı təcrübələri bölüşdük", - T. Kazımov bildirib.

Görüşdə həmçinin, Azərbaycan və Çin maliyyə nəzarəti qurumları arasında əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.


SON XƏBƏRLƏR

27 Noyabr 2025