Bu gün saat 15:30 radələrində Masallı şəhərində ikimərtəbəli “Sərfəli” Ticarət Mərkəzində baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Cənub Regional Mərkəzinin qüvvələri tərəfindən söndürülüb.
Bakıvaxtı.az xəbər verir ki, hazırda yanğının başvermə səbəbləri araşdırılır.
17:07
Masallıda bazarda yanğın məhdudlaşdırılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Masallı şəhərində bazar ərazisində yanğın baş verib və dərhal Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti və Cənub Regional Mərkəzinin qüvvələri hadisə yerinə cəlb olunub.
FHN-in qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
15:51
Masallı şəhərində yerləşən və Köhnə bazar adı ilə tanınan ticarət mərkəzində güclü yanğın başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası cəlb edilib.
Hadisə barədə əlavə məlumat veriləcək.

















