• Bakı 15° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Mask "Twitter"in səhmlərini aldı

MULTİMEDİA

04 Aprel 2022 | 18:25 | Müəllif: Subhan Mahmudov

Mask "Twitter"in səhmlərini aldı

Amerikalı iş adamı, "Tesla" və "SpaceX" şirkətlərinin təsisçisi İlon Mask "Twitter" sosial şəbəkəsinin 9,2 faiz səhmlərini satın alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-ın Qiymətli Kağızlar üzrə Komissiyasının saytında bildirilir.

Qeyd olunur ki, İ.Mask şirkətin 2,9 milyard dollar dəyərində 73,5 milyona yaxın səhmlərini əldə edib.

Bu xəbərdən sonra birjalarda "Twitter" in səhmləri 25 faiz bahalaşıb.

Qeyd edək ki, "Twitter"də 80 milyondan çox oxucusu olan İlon Mask bir müddət əvvəl yeni sosial şəbəkə yaratmaq niyyətində olduğunu açıqlamışdı.(trend)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Oktyabr 2026