• Bakı 21° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

İsti havada smartfonların təhlükələri barədə XƏBƏRDARLIQ

MULTİMEDİA

03 May 2022 | 02:35 | Müəllif: Qalib İbrahimoğlu

İsti havada smartfonların təhlükələri barədə XƏBƏRDARLIQ

“Əgər mobil cihaz ən çox yayılmış akkumulyator növləri olan litium-ion və ya litium-polimer akkumulyatorla təchiz olunarsa, batareyanın öz-özünə yanmasına səbəb ola biləcək istilik dalğası fenomeni ilə qarşılaşa bilərsiniz”.

Bakıvaxtı.az “RİA Novosti”yə istinadən bildirir ki, Rusyiya Milli Texnologiya Təşəbbüsünün “SafeNet” regional mühəndislik mərkəzinin direktoru Denis Kuvikov isti havalarda smartfondan istifadənin təhlükələri barədə xəbərdarlıq edib. 

O, akkumulyatoru təhlükəsiz vəziyyətdə saxlamaq üçün bir sıra tövsiyələr verib. Onun sözlərinə görə, birincisi, Bluetooth, GPS və Wi-Fi-ı söndürməlisiniz, çünki cihaz daim şəbəkə axtarır və istiləşə bilər. Kuvikov, eyni zamanda, smartfon modelinə ən uyğun gələn orijinal şarj cihazlarından istifadə etməyi məsləhət görüb.

Mütəxəssis qadcetin həddən artıq qızmasından sonra soyudulması üsulundan da danışıb. Bildirib ki, telefondan qoruyucu qabı çıxarıb, mobil interneti söndürüb proqramları bağlamalı, sonra isə onu sərin yerdə gizlətmık lazımdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR