• Bakı 13° C

    1.99 m/s

Canlı yayımda "Müharibəyə Yox!" deyən redaktor barədə qərar verildi

DÜNYA

15 Mart 2022 | 21:33

Canlı yayımda "Müharibəyə Yox!" deyən redaktor barədə qərar verildi

Moskvanın Ostankino Məhkəməsi Marina Ovsyannikovanı canlı yayım zamanı “Birinci Kanal”da yayımlanan “Vremya” verilişinin studiyasına girdiyinə görə 30 min rubl cərimələyib.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə TASS-a məhkəmənin mətbuat katibi Kristina Yavkina məlumat verib.

Ovsyannikov Rusiyanın İnzibati Xətalar Məcəlləsinin 20.2-ci maddəsinin 2-ci hissəsi (Xəbərdarlıq vermədən kütləvi tədbirin təşkili və ya keçirilməsi) ilə təqsirli bilinərək 30 min rubl cərimələnib.

Qeyd edək ki, kanalın əməkdaşı Mariya Ovsyannikova martın 14-də xəbərlər proqramının canlı yayımı zamanı studiyada kameralar qarşısına çıxaraq, üstündə “Müharibəyə yox” sözləri yazılmış plakat açıb və “müharibəni dayandırın!” şüarı səsləndirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026